Şuşanı fəth edərək ən böyük arzusuna çatan qəhrəman
30.10.2021 [16:26]
Xəbərin mətni
44 gün davam edən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksələn Anar Nağıyev yaşasaydı, bu gün 32 yaşı olacaqdı.
AZƏRTAC xəbər verir ki, Qazax rayonunun Ürkməzli kəndində boya-boşa çatan Anar Sahib oğlu Nağıyev Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü hər şeydən üstün tutdu, bu yolda ən uca zirvəyə, şəhidlik məqamına ucaldı.