Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitinin iştirakçıları Gəncədə olublar

31.10.2021 [14:18]

Oktyabrın 29-da Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitinin iştirakçıları Gəncə şəhərində olublar. Qonaqlara dahi mütəfəkkir Nizami Gəncəvinin yaradıcılığı barədə ətraflı məlumat verilib. Şairin məqbərəsi ziyarət edildikdən sonra Gəncə Dövlət Filarmoniyasında Nizami Gəncəvi 880 illiyinə həsr olunan mədəni proqram keçirilib.