Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Astarada qanun pozuntusunun qarşısını alıb

01.11.2021 [11:49]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Agentliyin mütəxəssisləri Astara şəhərinin Nizami küçəsində fiziki şəxs Əlizadə Samir Sahib oğlu tərəfindən müvafiq sənədlər olmadan çoxmənzilli yaşayış binasının tikintisinin aparılması faktını aşkarlayıblar.