Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Beyləqan rayonunda əməliyyat keçirib
01.11.2021 [12:47]
Xəbərin mətni
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən müxtəlif şəxslərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində növbəti əməliyyat həyata keçirilib.
Belə ki, Baş İdarəyə Beyləqan rayonu Şahsevən kənd sakini Zamiq Əhmədlinin yaşadığı evdə xeyli sayda silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs yaşadığı kəndin ərazisində saxlanılıb. Onun evinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 3 ədəd daraq, 1 ədəd süngü bıçaq, 2 ədəd radiostansiya və 76 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.