CƏMİYYƏT


Bakı-Şabran dəmir yolu xəttindən oğurluq edən şəxs saxlanılıb

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Bakı-Şabran dəmir yolu xəttinin Baş Sumqayıt stansiyası ərazisindən keçən hissəsindən oğurluq edilib. Naməlum şəxs stansiya ərazisindəki rabitə quyusundan ümumilikdə 73 metr borunu kəsərək oğurlayıb və nəticədə stansiyaya 1300 manata yaxın maddi ziyan vurub. Hadisə barədə məlumat daxil olan kimi Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Baş Sumqayıt Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat zamanı qeyd edilən oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini əvvəllər məhkum olunmuş Hüseynbala Cəfərov saxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır