CƏMİYYƏT
Arazın yeni qolunun ətrafında əkin dövriyyəsinə cəlb olunan torpaqlarda rejim-müşahidə şəbəkəsi yaradılır
01.11.2021 [15:59]
Xəbərin mətni
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Hidrogeoloji-Meliorativ Xidmət İdarəsi tərəfindən Araz çayının yeni qolunun ətrafında əkin üçün istifadəyə verilən torpaqlarda rejim-müşahidə şəbəkəsi qurulur. İlkin mərhələdə Sabirabad, İmişli, Biləsuvar rayonları üzrə 17300 hektar ərazini əhatə edən kollektor-drenaj sisteminin mövcud olduğu sahədə şəbəkə yaradılacaq.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Araz çayının yeni qolu üzərində 53 min hektar sahədə əkinə qaytarılan torpaqlarda meliorativ tədbirlərin yaxşılaşdırılması üçün işlər görülür.