Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Atasının yarım qalan işini tamamlayan qəhrəman

01.11.2021 [18:04]

Xəbərin mətni

Vətən müharibəsində Füzulidən Laçınadək düşmən üzərinə irəliləyən igid oğullarımızdan biri də kəşfiyyatçı, kiçik çavuş Əkrəm Abdullayevdir.
AZƏRTAC xəbər verir ki, Cəlilabadın Qarakazımlı kəndindən olan Abdullayevlər ailəsinin iki övladı - Camal və Əkrəm qardaşları da torpaqlarımızın bütövlüyü uğrunda başlayan Vətən müharibəsində cəbhənin ən qaynar nöqtələrində düşmənə qan uddurub. Qorxmaz kəşfiyyatçı Əkrəm 30 gün əsl hünər, rəşadət göstərib, şəhidlik məqamına yüksəlib.