Vətən müharibəsi qazisi: Fərqi yox idi, hansı milləti təmsil edirsən, hamımız bir amal uğrunda döyüşürdük
02.11.2021 [13:19]
Xəbərin mətni
Vətən müharibəsində Qələbənin qazanılmasında mühüm amillərdən biri də xalqımızın birlik və həmrəylik nümayiş etdirməsi oldu. Millətindən asılı olmayaraq, bu ölkədə yaşan hər kəs Vətənin bütövlüyü uğrunda savaşdan çəkinmədi. Sonda hamılıqla birgə Zəfər sevincini yaşadıq.AZƏRTAC xəbər verir ki, ölkəmizdə yaşayan axıska türkləri də Vətən müharibəsində düşmənə qarşı döyüşlərdə iştirak edib. Belə qazilərimizdən biri Ramuz Meraliyevdir. O, Vətən müharibəsinə könüllü gedərək, torpaqlarımızın azadlığı uğrunda haqq savaşında iştirak edib.