Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabunçu rayonunda polis genişmiqyaslı əməliyyatlar keçirib

03.11.2021 [17:14]

Xəbərin mətni

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının cari ilin oktyabr ayı ərzində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zabrat, Bakıxanov, Balaxanı və digər qəsəbələrində narkotik vasitələrin qanunuz dövriyyəsi ilə məşğul olan daha 61 nəfər saxlanılıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərdən 27 nəfəri haqqında Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Həmin şəxslər barəsində məhkəmə orqanları tərəfindən həbs qətimkan tədbiri seçilib. 26 nəfər barəsində polisin nəzarəti altına vermə və digər növdən olan qətimkan tədbirləri seçilib. Saxlanılanlardan 8 nəfəri barədə isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi isə protokollar tərtib edilib və onlar cərimə olunublar. Saxlanılan şəxslərdən ümümilikdə 2 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddələr aşkar edilib.