Hərbi Məktəbin orkestr heyəti Türkiyəyə yola düşüb
03.11.2021 [17:44]
Xəbərin mətni
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Hərbi Orkestri "Zəfər Günü"nün ildönümü münasibətilə Türkiyədə keçiriləcək silsilə tədbirlərdə iştirak etmək üçün Ankaraya yola düşüb.
Hərbi orkestrin heyəti polkovnik-leytenant Fariz Məmmədzadənin rəhbərliyi ilə Ankara şəhərində konsert proqramları ilə çıxış edəcək.