Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Nəsimi rayonunda narkokuryerlik və 10 avtomobilin şüşəsini sındıraraq oğurluq edən ümumilikdə 4 nəfər saxlanılıb

04.11.2021 [11:46]

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun müxtəlif ərazilərində narkotik vasitələrin və psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 3 nəfər tutulub. Əməliyyat zamanı paytaxt sakinləri Ceyhun Rufullayev, Nəsimi Babayev və Rüfət Quliyev saxlanılıblar.