CƏMİYYƏT


Tovuzda yol qəzası baş verib

Tovuzda yol qəzası baş verib. Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Mercedec" markalı yük maşını digər "Mercedec" markalı yük maşınına çırpılıb. Qəza zamanı xəsarət alan sürücülərdən biri FHN xilasediciləri tərəfindən yük maşınından çıxarılıb. Sumaqyıt şəhər sakini olan sürücü Vidadi Şabanov xəstəxanaya yerləşdirilib. İlkin etimala görə, qəzaya havanın dumanlı olması səbəb olub.Faktla bağlı araşdırma aparılır.