CƏMİYYƏT


Ağcabədidə düşmənin artilleriya atəşi nəticəsində dəymiş ziyan aradan qaldırılır

2020-ci il sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Ağcabədi rayonunda 8 ev və 2 qeyri-yaşayış obyekti dağılıb, 500-dən çox tikiliyə ziyan dəyib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dövlət başçısının tapşırığına əsasən qısa zaman ərzində görülmüş işlər nəticəsində 513 tikilinin təmir-bərpası, 8 ev və 1 sahibkarlıq obyektinin tikintisi yekunlaşdırılaraq sahiblərinə təhvil verilib. Hazırda 1 qeyri-yaşayış obyektinin inşası və 5 tikilinin təmir-bərpa işləri davam edir.