CƏMİYYƏT


Alban-Udi Xristian Dini İcmasının üzvləri Xocavənddə alban məbədlərini ziyarət ediblər

Erməni işğalından azad edilən Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən qədim alban məbədləri uzun illərdən sonra əsl sahibləri olan udilər tərəfindən ziyarət edilib.
AZƏRTAC–ın bölgə müxbiri xəbər verir ki, Alban-Udi Xristian Dini İcmasının üzvləri noyabrın 4-də əvvəlcə ata-babalarından miras qalan Ağxaç kilsəsində olublar. Onlar burada dini ayin icra edərək, şamlar yandırıb, dualar oxuyublar.