CƏMİYYƏT


Yuxarı Qarabağ kanalından su qəbul edən baş qurğunun və nasos stansiyasının tikintisi başa çatdırılıb

Prezidentin Sərəncamına əsasən Yuxarı Qarabağ kanalından suqəbuledici baş qurğunun, nasos stansiyasının, nasos stansiyasını elektriklə təmin etmək üçün xarici elektrik yarımstansiyasının və 35 kvt-lıq elektrik verilişi hava xəttinin tikintisi tam başa çatdırılıb. Obyekt son yoxlama sınaq işlərindən sonra istismara veriləcək.
AZƏRTAC xəbər verir ki, Yevlax və Goranboy rayonları ərazisində 3120 hektar əkin sahəsi olan təsərrüfatın suvarma suyu ilə təmin edilməsi üçün inşa edilən bu nasos stansiyası ilə yanaşı, 100 min kubmetr su tutumu olan hovuzun tikintisi də yekunlaşıb.