Ankarada “Qarabağ Zəfəri. Həkim gözü ilə qardaşlıq dastanı” adlı təntənəli tədbir keçirilib
05.11.2021 [12:10]
Xəbərin mətni
Azərbaycanın Türkiyədəki səfirliyinin Azərbaycanlı Həkimlər Dərnəyinin Sağlıq Bilimləri Universitetində bu ali təhsil ocağı ilə birgə təşkil etdiyi “Qarabağ Zəfəri. Həkim gözü ilə qardaşlıq dastanı” adlı tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.AZƏRTAC xəbər verir ki, iki qardaş ölkənin dövlət himnləri səsləndirilib. Tədbirdə Azərbaycanın tarixi, Vətən müharibəsindəki Zəfəri və Türkiyədə təhsil alan azərbaycanlı həkimlərin müharibə dövründəki fədakarlığını əks etdirən videomaterial nümayiş olundu.