Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beyləqanda düşmənin raket atəşi nəticəsində dağılmış evlər bərpa olunur

05.11.2021 [14:57]

Xəbərin mətni

Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə xəttindən uzaqda yerləşən Beyləqan şəhərinin raket atəşinə tutması nəticəsində 9 ev dağılıb, 50-dən çox tikiliyə zərər dəyib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dövlət başçısının tapşırığına əsasən görülmüş işlər nəticəsində 53 tikilinin təmir-bərpası, 7 evin tikintisi yekunlaşdırılaraq sahiblərinə təhvil verilib. Hazırda 2 evin inşası və 1 tikilinin təmir-bərpası bitmək üzrədir. Qısa zamanda Beyləqan rayonunda işlərin tam yekunlaşdırılması nəzərdə tutulur.