SİYASƏT


ADA Universitetində “44 günlük Zəfər Yolu” mövzusunda konfrans-sərgi keçirilir

Noyabrın 5-də ADA Universitetində “44 günlük Zəfər Yolu” mövzusunda konfrans-sərgi keçirilir.AZƏRTAC xəbər verir ki, tədbirdə universitetin rektoru Hafiz Paşayev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, xarici işlər naziri Ceyhun Bayramov, Türkiyə Altınbaş Universitetinin rektoru, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Çağrı Ərhan, Rusiyanın Milli Müdafiə Jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko, Vətən müharibəsi iştirakçısı Vasif Dilavərzadə, həmçinin Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır