Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Narkokuryerlik edən şəxslərdən 5 kiloqramdan artıq narkotik vasitə aşkar edilib

05.11.2021 [16:53]

Xəbərin mətni

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən xarici ölkələrdə yaşayan narkotacirlər üçün paytaxt ərazisində narkokuryerlik edən şəxslərə qarşı növbəti əməliyyat həyata keçirilib.
Belə ki, İdarəyə Xəzər rayon sakinləri Əliheydər Əşrəfov və Rəşad Dadaşovun diqqət cəlb etməmək üçün taksi fəaliyyəti görüntrüsü yaradaraq əslində paytaxt ərazisində narkotik vasitələrin satışını həyata keçirdikləri barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən tədbir nəticəsində hər iki şəxs saxlanılaraq Baş İdarəyə gətirilib. Rəşad Dadaşovun idarə etdiyi avtomobilə baxş zamanı Əliheydər Əşrəfova məxsus ümumi çəkisi 5 kiloqram 15 qram, o cümlədən, 1 kiloqram 220 qram marixuana, 1 kiloqram 730 qram həşiş qətranı və 2 kiloqram 65 qram tiryək aşkar olunaraq götürülüb.