CƏMİYYƏT
Bakıda polisdən yayınmaq üçün yaşayış ünvanını dəyişən narkotacir saxlanılıb
05.11.2021 [17:51]
Paytaxtın Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 1 nəfər saxlanılıb.
Rayon ərazisində kirayədə yaşayan Rəhman Abdullayevin narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə Şöbəyə əməliyyat məlumatı daxil olub. Təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs saxlanılıb. Onun yaşadığı evə baxış zamanı 12 qram psixotrop maddə olan metamfetamin və 10 qram heroin aşkar edilib.
Əməliyyat tədbirlərinin davamı olaraq Rəhman Abdullayevin Sabunçu rayonu Bakıxanov qəsəbəsində kirayələdiyi daha bir mənzildə də narkotik vasitlələr saxladığı müəyyən edilib. Həmin ünvana baxış zamanı isə oradan əlavə olaraq ümumi çəkisi 1 kiloqram 255 qram olan metamfetamin və heroin aşkar edilib.