Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qlobal Bakı Forumu: İctimai səhiyyə və insanların vaksinasiyası

05.11.2021 [18:49]

Xəbərin mətni

Noyabrın 5-də VIII Qlobal Bakı Forumu çərçivəsində "İctimai səhiyyə və insanların vaksinasiyası" mövzusunda beşinci panel iclası keçirilib.AZƏRTAC xəbər verir ki, ABŞ-ın Xarici Siyasət üzrə Milli Komitəsinin prezidenti Suzan Elliottun moderatorluğu ilə keçən panel iclasında qlobal pandemiya ilə mübarizə, COVAX platformasının fəaliyyəti, vaksinlərin qeyri-bərabər bölgüsü müzakirə edilib.