RƏSMİ


Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də ABŞ Dövlət katibinin köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olsonu qəbul edib.AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanla-ABŞ arasında diplomatik əlaqələrin qurulmasının gələn il 30 illiyinin qeyd ediləcəyi, ölkələrimiz arasında uzun və uğurlu tərəfdaşlıq münasibətlərinin olduğu bildirildi, enerji sahəsində səmərəli əməkdaşlığın həyata keçirildiyi, Birləşmiş Ştatların Azərbaycanla əlaqələri genişləndirməkdə maraqlı olduğu vurğulandı.