Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zəfər Günü münasibətilə “Keşikçidağ” qoruğuna yürüş təşkil olunub

06.11.2021 [10:41]

Xəbərin mətni

Azərbaycan Ordusu ötən il noyabrın 8-də müqəddəs Vətən müharibəsində şanlı Zəfərini Şuşanı düşməndən azad etməklə taclandırdı. Prezident İlham Əliyevin Sərəncamı ilə 8 noyabr tarixi Azərbaycanda Zəfər Günü kimi qeyd edilir.AZƏRTAC xəbər verir ki, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailə üzvlərinə və qazilərimizə “Qarabağda şanlı tarix yazanların yanındayıq” adlı layihə əsasında daim öz mənəvi dəstəyini göstərir, Zəfər Günü ilə əlaqədar bir sıra tədbirlər keçirir.