CƏMİYYƏT


Şuşa döyüşlərində iştirak edən mayor Elxan İmranov:Düşmən Şuşanın əldən getməsi ilə barışa bilmirdi

Şuşanın azad edilməsi Azərbaycan üçün böyük bir strateji qələbə idi. 2020-ci il noyabrın 8-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın azad olma xəbərini bütün xalqa elan etdi. Şuşa Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin böyük fədakarlığı nəticəsində azad olundu. Şuşanı erməni işğalından azad edən Azərbaycan hərbiçiləri həm də oranı erməni əks-hücumlarından qorumalı idilər. Çünki düşmən Şuşanın əldən getməsi ilə barışa bilmirdi. Şuşanın müdafiəsində dayanan hərbiçilərdən biri mayor Elxan İmranov idi. O, döyüş yoldaşları ilə birlikdə düşmənin bir-neçə əks-həmləsinin qarşısını alıb. Gərgin döyüşlər zamanı yaralanan hərbiçi Şuşa xatirələrini AZƏRTAC-a danışıb.