CƏMİYYƏT


BNA avtobus zolaqlarına daxil olan sürücüləri ictimailəşdirəcək

Bir çox minik avtomobili sürücüləri avtobus zolaqlarının tələbinə riayət etmirlər. Bu kimi hallara daha çox Q.Qarayev, Babək və M.Useynov prospektlərində, eləcə də M.Hadi, M.Füzuli, Y.Səfərov, Ə.Rəcəbli küçələrində rast gəlinir. Bu xətalar səbəbindən avtobusların hərəkət qrafikində ləngimələr yaranır. Nəticədə dayanacaqlarda və avtobuslarda sərnişin sıxlıqları yaranır. İctimai nəqliyyat istifadəçilərinə əlavə çətinlik yaradan minik avtomobili sürücülərinin ictimai qınağa çəkilməsi məqsədilə Bakı Nəqliyyat Agentliyi aksiyaya başlayıb. Bu çərçivədə avtobus zolağının tələbinin pozulmasına dair müşahidə kameraları vasitəsilə qeydə alınan görüntülər ictimailəşdiriləcək