CƏMİYYƏT


İctimai nəqliyyatda cibgirliklə məşğul olanlara qarşı əməliyyatlar keçirilib

Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində avtobuslarda cibgirliklə məşğul olan şəxslərə qarşı növbəti silsilə əməliyyatlar həyata keçirilib. Nəticədə cibgirliklə məşğul olan 12 nəfər saxlanılaraq məsuliyyətə cəlb edilib.
Əməliyyatlar zamanı əvvəlcə paytaxtın Nizami rayonunda avtobuslarda cibgirlik edən Salman İbrahimov, onunla birlikdə eyni əməlləri törədən İlqar Bağırov, Emil Məmmədov və Elçin Əliyev tutulublar. Həmin şəxslərin ətraflarında həyata keçirilən tədbirlərlə onların ayrı-ayrı vaxtlarda Nizami rayonunda müxtəlif marşrut xəttləri ilə hərəkət edən avtobuslarda 10-a yaxın qadın sərnişinin cibindən və çantasından mobil telefonlar oğurladıqları məlum olub.