CƏMİYYƏT
Birgə və Sağlam ictimai birliyinin autizm spektr pozuntulu üzvlərinin iştirakı ilə “Zəfər Günü” nə aid videoçarx hazırlanıb
07.11.2021 [11:24]
Birgə və Sağlam ictimai birliyinin autizm spektr pozuntulu üzvlərindən ibarət “Mavi Ürəklər” xor qrupu Zəfər Günü ilə əlaqədar söz və musiqisi Arzu Səmədqızına aid olan “Zəfər Günü” mahnısını təqdim edib. Qeyd edək ki, Birgə və Sağlam ictimai birliyi təsis edildiyi 2013-cü ildən etibarən Azərbaycanda Autizm Spektr Pozuntusu mövzusu ilə əlaqəli maarifləndirici layihələrin icrasına və Autizmi olan şəxslər və onların ailələrinə psixoloji dəstək verməkdədir. “Zəfər Günü” mahnısını Nuray Eynallı və iki autizmli şəxs olan Kənan Məmmədov ilə Ayxan Quluzadə səsləndirib. Klip Filmani Groupdan Əli Səfərli və videoqraf Cəlal Vaqifzadə tərəfindən hazırlanıb. Mahnı şəhidlərimiz mayor Elsevər Paşayevin övladı Nəzrin və Elburus Bayramovun autizmli övladı Ömər simasında Qarabağ müharibəsi şəhidlərinə ithaf olunub.