CƏMİYYƏT


“Qarabağa dönüş” təşkilatı Zəfər Günü ilə bağlı bəyanat yayıb

Bəyanatda xalqımızın son 200 ildə baş verən ən əlamətdar tarixi hadisənin sevincini yaşadığı qeyd edilir. Bildirilir ki, bu günlərdə 44 günlük Zəfər bayramımızın 1 ili tamam olur. Bu təntənənin qayəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalq və qəhrəman Ordumuzun birliyi dayanır. Otuz il Vətən həsrəti ilə yaşayan keçmiş məcburi köçkünlərin arzularını reallaşdıran və bunun üçün canından keçən hər bir şəhidimizin xatirəsi əziz və unudulmazdır. Vətən uğrunda sağlamlıqlarını itirən qəhrəman qazilərimizə isə şəfalar dilənilir və tezliklə öz sağlamlıqlarına qovuşmaları arzu olunur.