CƏMİYYƏT


Zəfər günü Bakının bu yolları bağlı olacaq AÇIQLAMA

8 Noyabr - Zəfər Günü münasibətilə Bayraq Meydanından başlayaraq şəhərin mərkəzinə doğru “Zəfər Parkı”na qədər yürüş nəzərdə tutulub. Keçiriləcək tədbirlərlə əlaqədar təhlükəsizliyi təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədov AZƏRTAC-a müsahibəsində bildirib ki, məhdudiyyət saat 07:00-dan tədbir başa çatana qədər nəzərdə tutulub.