Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hərbi hissədə hərbi təlim toplanışı başa çatıb

07.11.2021 [18:42]

Xəbərin mətni

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün hazırlıq planına əsasən oktyabrın 25-dən N nömrəli hərbi hissədə keçirilən hərbi təlim toplanışı başa çatıb.Ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin cəlb olunduğu təlim toplanışında hərbi vəzifəlilər əvvəllər qazandıqları döyüş vərdişlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzda olan müasir silahlar, hərbi texnika nümunələri ilə yaxından tanış olmaq, onların istismar qaydalarını öyrənmək imkanı əldə ediblər.

BÖLMƏNİN DİGƏR VİDEOLARI