RƏSMİ


Şuşa Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimi keçirilib

Noyabrın 7-də Şuşa Rayon Mərkəzi Xəstəxanasının təməli qoyulub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təməlqoyma mərasimində iştirak ediblər.
Ən müasir tibbi avadanlıqla təchiz ediləcək xəstəxanada müayinə və müalicə işinin aparılması üçün hər cür şərait yaradılacaq.