CƏMİYYƏT


Şuşa əyilmədi, sınmadı, bizi gözləyirdi və biz gəldik, müzəffər xalq kimi gəldik

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində Azərbaycanın qədim, mədəni və böyük strateji əhəmiyyətə malik şəhəri olan Şuşanın işğaldan azad edilməsindən bir il ötür. 2020-ci il noyabrın 8-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın işğaldan azad olunması müjdəsini verərək xalqımıza böyük sevinc, qürur və fəxarət bəxş etdi.