CƏMİYYƏT


Nyu-Yorkda Zəfər Günü münasibətilə tədbir keçirilib

ABŞ-ın Nyu-York şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə Zəfər tədbir keçirilib.AZƏRTAC xəbər verir ki, aksiya Amerika Azərbaycanlılarının Koordinasiya Şurası və Azərbaycan Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə şəhərin Bruklin bölgəsində reallaşıb.Eyyub Sultan Mədəniyyət Mərkəzinin qarşısında başlayan Zəfər yürüşü Cadman Plaza Parka qədər davam edib.