Füzuli rayonunda Zəfər Günü möhtəşəm atəşfəşanlıqla qeyd olunub
10.11.2021 [11:22]
Xəbərin mətni
Füzuli rayonunda Zəfər Günü böyük coşqu ilə qeyd olunub. Noyabrın 8-də rayon sakinləri Horadiz şəhərində təşkil edilən yürüşə üçrəngli bayrağımız və şəhidlərimizin plakatları ilə qoşulublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zəfər Günü ilə əlaqədar Horadiz şəhərində yerləşən Heydər Əliyev parkında bayram tədbiri təşkil olunub. Toplantıda rayon rəhbərliyi, şəhid ailələri, qazilər, döyüş iştirakçıları, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin əməkdaşları, rayon ictimaiyyəti iştirak edib.