Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalovun xatirəsi anılıb
10.11.2021 [18:00]
Xəbərin mətni
Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalovun şəhadətə qovuşmasının ildönümündə xatirəsi anılıb. Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım günündə şəhidin ailəsi ilə bərabər rayon icra hakmiyyəti və idarə müəssisə əməkdaşları, şəhidin döyüşçü yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Şəhidin məzarı ziyarət olunub, üzərinə tər gülər düzülüb. Məktəblilər qəhrəmanlara, Vətənə həsr edilən şeirlər səsləndiriblər.