CƏMİYYƏT


FHN küləyin yaratdığı fəsadla bağlı əməliyyat görüntüləri yayıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə güclü külək səbəbindən Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsindəki ağacın avtomobilin üzərinə aşması barədə məlumat daxil olub.
Məlumat əsasında dərhal hadisə yerinə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, hündürlüyü təqribən 20 metr olan şam ağacı güclü küləyin təsirindən aşaraq yolun kənarında dayanan “Mercedes” markalı minik avtomobilinin üzərinə düşüb və küçədə nəqliyyatın hərəkətində məhdudiyyətin yaranmasına səbəb olub.