CƏMİYYƏT


Zəfər Günü münasibətilə elan olunmuş amnistiya aktı bu günədək 101 məhkuma şamil olunub

Amnistiya aktının imzalandığı günün ertəsi günü - noyabrın 6-da Penitensiar Xidmət üzrə 36 məhkum azadlığa buraxılıb. Bunu Zəfər Günü münasibətilə elan olunmuş amnistiya aktına həsr edilmiş “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü” mövzusunda KİV-in iştirakı ilə təşkil olunan dəyirmi masada çıxış edən Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov deyib.