Azərbaycan Dövlət İnformasiya Agentliyi

Amnistiya aktının şamil olunduğu, lakin tətbiq edilmədiyi məhkum ola bilməz

11.11.2021 [16:15]

Amnistiya aktının qəbul edildiyi gündən aidiyyəti üzrə komissiya və işçi qrupu yaradılır. Amnistiyanın şamil ediləcəyi məhkumların siyahısının baş idarəyə təqdim olunması üçün onların şəxsi işləri, əvvəlki məhkumluqları ilə bağlı məlumatlar öyrənilir. Bunu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin təşkilat nəzarət idarəsinin rəisi Vüqar Abışov “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü” mövzusunda KİV-in iştirakı ilə keçirilən dəyirmi masada çıxış edərkən deyib. Məlumatların informasiya bazasından istifadə edilərək yoxlanıldığını vurğulayan VüqarvAbışov bildirib: “Amnistiya aktının şamil olunduğu, lakin tətbiq edilmədiyi məhkum ola bilməz. Eyni zamanda, ədliyyə nazirinin əmri ilə Penitensiar Xidmətin və ədliyyə orqanları əməkdaşlarının birgə fəaliyyəti ilə ciddi nəzarət həyata keçirilir”.

BÖLMƏNİN DİGƏR VİDEOLARI