Xilasedicilər vətəndaşı şaxtadan çıxararaq xilas ediblər
11.11.2021 [16:26]
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimirayonu ərazisində yerləşən “Qış parkı”nda bir nəfərin şaxtaya yıxılması və köməyə ehtiyacı olması barədə məlumat daxil olub.Məlumat əsasında hadisə yerinə operativ olaraq Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.Xilasedicilər xüsusi xilasetmə alət və avadanlıqlarından istifadə etməklə vətəndaşı şaxtadan çıxararaq xilas ediblər. Vətəndaş təcili tibbi yardım briqadasına təhvil verilib.