Düşmən səngərinə daxil olaraq 31 ermənini məhv edən şəhid Şaiq Teymurovun xatirəsi anılıb
11.11.2021 [17:37]
Xəbərin mətni
Vətən müharibəsi şəhidi Şaiq Teymurovun ad günündə xatirəsi anılıb. Şəhidin məzarı ziyarət olunub, həmçinin şəhidlərin xatirəsinə inşa edilən abidə önündə anım mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Şaiq Teymurovun anım günündə ailəsi ilə bərabər, rayon icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının əməkdaşları, məktəblilər kənd ictimaiyyəti iştirak edib. Öncə şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.