Üç min Şəhidin bir bacısı-Arəstə
12.11.2021 [11:44]
Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındanca tibbi yardım göstərib. Arəstə Baxışova oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub.Qeyd edək ki, Arəstə Baxışova Vətən müharibəsinin yeganə xanım şəhididir.