CƏMİYYƏT


Qaradağ rayonunda 2-si şəhid ailəsi olmaqla 12 evdən kombi aparatı oğurlayan 4 nəfər saxlanılıb

Qaradağ rayonu Qobupark yaşayış kompleksinin ərazisində yaşayan şəxslərdən biri Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, evdə olmadığı müddətdə mənzilə daxil olan naməlum şəxs orada quraşdırılan kombi aparatını oğurlayıb. Həmin kompleksdə yaşayan daha 11 sakindən Polis Bölməsinə daxil olan eyni məzmunlu şikayət ərizəsində onların da evlərindən müxtəlif vaxtlarda kombilərin oğurlandığı qeyd edilib.