Xəstəlikdən azad statusun əldə edilməsi ilə diri heyvanların tranzit daşınmasında maneələr aradan qalxacaq
12.11.2021 [17:18]
Xəstəlikdən azad statusun əldə edilməsi ilə diri heyvanların tranzit daşınmasında maneələr aradan qalxacaq.Bu fikirləri FAO Baş Qərargahının eksperti Susanne Munstermann BMT-nin Ərzaq və Kənd Təsərrüfatının Texniki Əməkdaşlıq Proqramı çərçivəsində keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən 2030-cu ilə kimi bütün üzv ölkələrin xırdabuynuzlu heyvanların taun xəstəliyindən azad olunması təşəbbüsü irəli sürülüb. İndiyə qədər 59 ölkə tərəfindən bu status alınıb. Xəstəlikdən azad statusun əldə edilməsi ilə xırdabuynuzlu heyvanlar və onlara aid məhsulların ixracatının həyata keçirilməsi, eyni zamanda ölkə ərazisi vasitəsilə diri heyvanların tranzit daşınmasında maneələr aradan qalxacaq və ölkələrarası əməkdaşlıq üçün yeni imkanlar yaranacaq.