Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qeyri-qanuni qum-çınqıl daşınmasının qarşısı alınıb və 33 fakt aşkar edilib

12.11.2021 [17:29]

Cəmiyyətdə vətəndaşların haqlı narazılığı ilə qarşılanan əsas hüquqpozmalardan biri olan yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının qarşısının alınması və aşkarlanması istqamətində polis əməkdaşları tərəfindən nəzarət tədbirləri daha da gücləndirilib. Bu istiqamətdə paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində mütəmadi olaraq reydlər təşkil edilir. Sonuncu belə reyd Sabunçu rayonunda baş tutub. Tədbir zamanı Rayon Polis İdarəsi və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən qeyri-qanuni qum-çınqıl daşınmasını və satışını həyata keçirən şəxslər müəyyən ediliblər. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 243-cü (Yerin təkindən istifadə qaydalarının pozulması) maddəsi ilə protokollar tərtib edilib. Qum-çınqıl satışı ilə məşğul olan şəxslərlə profilaktik söhbətlər aparılıb, bu fəaliyyətlə məşğul olmaq üçün aidiyyatı dövlət orqanlarından lisenziya almağın vacib olduğu onların diqqətinə çatdırılıb.

BÖLMƏNİN DİGƏR VİDEOLARI