CƏMİYYƏT


Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib

Tovuzda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün səhər saatlarında rayonun Düzqırıqlı kəndində qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, hərəkətdə olan "VAZ 21011" markalı minik maşını ilə "VAZ 2107" markalı avtomobil toqquşub. Qəza zamanı 1962-ci il təvəllüdlü Hüseyn Zeynalov hadisə yerində ölüb.