CƏMİYYƏT


İnsanın ruhunu oxşayan Göygölün payız mənzərəsi

Göygöl milli parkı ilin hər fəslində olduğu kimi, payızda da ecazkar gözəlliyə bürünür. Sıx meşələrlə əhatə olunan Kəpəzin başını qarlar örtsə də, sanki yazın əvvəlidir. Bu gözəlliyə payızın qızılı rəngi əlavə yaraşıq qatır. Bir tərəfdə yerə səpələnmiş şehli yarpaqların altından boy atan göbələklər, çiçəklər, digər tərəfdə isə yaşıl çəmənlər milli parkın florasının zənginliyindən xəbər verir.