Düşmənin 6 əsgərini məhv edərək şəhadətə ucalan cəsur əsgər
15.11.2021 [16:46]
Xəbərin mətni
Şanlı Zəfərimizlə bitən Vətən müharibəsinin qəhrəman şəhid oğullarından biri də biləsuvarlı Fariz Hüseynlidir. Fariz müharibənin 6-cı günü mövqelərinə hücum edən düşmən kəşfiyyatının planlarını ürəyində qoyub. Üzərində olan F-1 qumbarasını səngərdə partladaraq, düşmənin 6 əsgərini məhv edib, özü isə şəhadətə ucalıb.