FHN proqnozlaşdırılan qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
15.11.2021 [16:54]
Xəbərin mətni
Fövqəladə Hallar Nazirliyi (FHN) proqnozlaşdırılan qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin noyabrın 15-i axşam saatlarından başlayaraq noyabrın 16-sı gün ərzində ölkə ərazisində hava şəraitinin kəskin dəyişərək qeyri-sabit və yağıntılı keçəcəyi, xüsusilə güclü külək əsəcəyi ilə bağlı proqnozu əhalinin diqqətinə çatdırılıb.