CƏMİYYƏT


İmişlidə şəhid Sabir Əzizlinin xatirəsinə bulaq inşa olunub

İmişlidə şəhid Əzizli Sabir Hikmət oğlunun adını daşıyan bulaq inşa edilib və ad günündə istifadəyə verilib. Açılış mərasimində şəhidin ailəsi ilə bərabər, rayon icra hakimiyyətinin əməkdaşları, döyüşçü yoldaşları, dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan Sabir Əzizlinin xatirəsi ad günündə bir daha yad olunub. Şəhidin məzarı ziyarət olunub, üzərinə tər güllər düzülüb, ruhuna dualar oxunub.