SLAYDŞOU


Qaranlıqdan işıqlığa çıxan Qarabağ

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm qələbədən sonra azad olunan Qarabağ torpaqlarında geniş tikinti-quruculuq işləri aparılır. Düşmənin 30 il taladığı doğma yurd-yerlərimiz sürətlə yenidən qurulur, mühüm infrastruktur layihələri icra olunur.AZƏRTAC xəbər verir ki, bir vaxtlar zülmət içində olan Qarabağımızda indi işıqlar yanır. “Azərenerji” ASC qısa vaxtda işğaldan azad olunan torpaqlarda mühüm infrastruktur yaradıb.